...

Müsavat başqanı Lənkəranda baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirib

Siyasət Materials 14 Yanvar 2013 15:14 (UTC +04:00)
Müsavat başqanı İsa Qəmbər Lənkəranda baş verən hadisə ilə bağlı bazar ertəsi mətbuat konfransı keçirib.
Müsavat başqanı Lənkəranda baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

Müsavat başqanı İsa Qəmbər Lənkəranda baş verən hadisə ilə bağlı bazar ertəsi mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, mətbuat konfransında İsa Qəmbər bildirib ki, Lənkəranda baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilib.

O, həmçinin qeyd edib ki, məsələ ilə bağlı məhkəmələrə də müraciət oluna bilər.

Müsavat Partiyasının sədri qeyd edib ki, o, yenidən Lənkərana səfər etmək niyyətindədir. İsa Qəmbər bildirib ki, həmin səfər zamanı da xüsusi mühafizəçilərdən istifadə etməyəcək: "Lakin növbəti səfər ərəfəsində mətbuata məlumat veriləcək".

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər bazar günü partiyanın zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən korteji hücuma məruz qalıb. Nəticədə partiya başqanını müşayiət edən bir neçə şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti