...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun prezidenti ilə görüşüb (FOTO)

Siyasət Materials 14 Yanvar 2013 18:47 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun prezidenti ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi "Afrika üçün qabaqcıl inkişaf Fondu"nun təsisçisi və prezidenti xanım Kumba Ture ilə görüşüb.

Qonağı ölkəmizdə salamlayan Mehriban xanım Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə edib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, Fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır. "Bu baxımdan Fondlarımızın fəaliyyəti oxşardır", - deyən Mehriban xanım Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırıb, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulayıb.

Xanım Kumba Ture dəvət üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qonaq Fondun fəaliyyətindən xəbərdar olduğunu deyib, həyata keçirilən layihələrin uğurları münasibətilə Azərbaycanın birinci xanımını təbrik edib. Xanım Kumba Ture həm Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinin üst-üstə düşdüyü üçün məmnunluq ifadə edib, birgə əməkdaşlıqdan qürur duyacaqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti