...

İran bir sıra ölkələrdən borclarını tələb edəcək

Siyasət Materials 16 Yanvar 2013 18:48 (UTC +04:00)
İran Neft Nazirliyi beynəlxalq missiyadakı sabiq diplomat Hüseyn Fərəhiyə bəzi ölkələrdən borcları yığmağı tapşırıb.
İran bir sıra ölkələrdən borclarını tələb edəcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İran Neft Nazirliyi beynəlxalq missiyadakı sabiq diplomat Hüseyn Fərəhiyə bəzi ölkələrdən borcları yığmağı tapşırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr News" agentliyi nazirliyin mətbuat katibi Əlirza Nikzada istinadən məlumat verir.

Fərəhi İran Xarici İşlər Nazirliyində maliyyə meneceri olub.

Sudan, Nikaraqua, İordaniya və Şimali Koreya daxil olmaqla, bəzi ölkələrin İrana borcu var. Bu borclar 1979-cu ildə İslam İnqilabından əvvəl və sonra yaranıb.

Məsələn, İran 1986-cı ildə Nikaraquaya 53 milyon dollar dəyərində neft ixrac edib. Hazırda bu ölkənin borcu ödənişin yubanması nəzərə alınmaqla, 164 milyon dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti