...

İlham Əliyev sosial müavinətlər və həmkarlar ittifaqları haqqında qanunlara dəyişiklikləri təsdiq edib

Siyasət Materials 18 Yanvar 2013 18:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
İlham Əliyev sosial müavinətlər və həmkarlar ittifaqları haqqında qanunlara dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sosial müavinətlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasına dair təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Dövlət başçısı, həmçinin "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti