...

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 20 Yanvar 2013 10:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Trend-in məlumatına görə, Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M. Əliyev/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Trend-in məlumatına görə, Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti