...

FHN-də Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüş olub

Siyasət Materials 22 Yanvar 2013 17:53 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqar ilə görüşüb.
FHN-də Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüş olub

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karqar ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazir, ilk növbədə, Karqarı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Heydərov FHN və onun qurumlarının fəaliyyəti haqqında geniş məlumat verib və Əfqanıstanla müvafiq sahələrdəki əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.

Səfir, öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti