...

Avropa İttifaqı və Azərbaycan "Ümumi Aviasiya Məkanı Sazişi" ətrafında danışıqlara başlayır

Siyasət Materials 23 Yanvar 2013 14:21
Aİ ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı ətrafındakı danışıqların ilk raundu cari ilin 24-25 yanvarında Bakıda keçiriləcəkdir.
Avropa İttifaqı və Azərbaycan "Ümumi Aviasiya Məkanı Sazişi" ətrafında danışıqlara başlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Aİ ilə Azərbaycan arasında Ümumi Aviasiya Məkanı ətrafındakı danışıqların ilk raundu cari ilin 24-25 yanvarında Bakıda keçiriləcəkdir. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğundan olan rəsmiləri və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi, eləcə də Aİ-yə üzv dövlətlərin nümayəndələri Dövlət Mülki Aviasiya Administrasiyası və digər nazirliklərin təmsilçiləri ilə danışıqlar aparacaq.

"Aİ və Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması tək ikitərəfli əlaqələrimizin deyil, eləcə də siyasi əlaqələrimizin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin qüvvətləndirilməsi baxımından mühüm addımdır. Perspektiv tədqiqata əsasən, sazişdən sonrakı ilk beş il ərzində Aİ və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860,000 nəfər ola bilər; saziş nəticəsində iqtisadi faydalar əldə ediləcəkdir. Bu, konkret fürsəti əldən qaçırmamalıyıq. Aİ xüsusilə də regionda artıq bir sıra ölkə ilə belə sazişlər imzalamışdır, danışıqlar masasında Azərbaycanın da eyni siyasi iradə göstərəcəyinə ümidvaram", - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti