...

Port-Səid vilayəti Misirin tərkibindən ayrılmaq istəyir

Siyasət Materials 29 Yanvar 2013 10:18 (UTC +04:00)
Misirdə baş verən siyasi qarşıdurmalar fonunda Port-Səid vilayətinin sakinləri öz müstəqilliklərini elan ediblər.
Port-Səid vilayəti Misirin tərkibindən ayrılmaq istəyir

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Misirdə baş verən siyasi qarşıdurmalar fonunda Port-Səid vilayətinin sakinləri öz müstəqilliklərini elan ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Anadolu agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, ötən gecə on minlərlə adam küçələrə çıxaraq vilayətdə fövqəladə vəziyyət elan edilməsinə etiraz ediblər.

Bazar günü axşam ölkənin bir sıra iri şəhərlərində baş verən qarşıdurmalarla əlaqədar Misir Prezidenti Məhəmməd Mursi üç vilayətdə - Port-Səid, Sueş və İsmailiyədə 30 günlük fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, sözügedən şəhərlərdə komendant saatı axşam 9:00-dan səhər 6:00-dək qüvvədə olacaq.

Habelə Prezident Mursi ölkədəki siyasi qüvvələrə müraciət edərək onları "stabillik və təhlükəsizliyə nail olmaq üçün" dialoqa çağırıb.

Dialoq barədə çağırışlara baxmayaraq, Misir müxalifəti dövlət başçısı ilə dialoqdan imtina edib.

Xatırladaq ki, artıq 3 gündür Misir şəhərlərində etirazçı kütlə ilə təhlükəsizlik əməkdaşları arasında ixtişaşlar səngimir. Aksiyaçılar "Konstitusiyanın ləğvi" və "rejimin devrilməsi" kimi şuarlarla çıxış edir. Bazar günü yaxınlarını dəfn edən nümayişçilər yenidən küçələrə axışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti