...

XİN: Azərbaycan Pakistanın Cammu və Kəşmir üzrə İƏT qrupuna daxil olmaq təklifinə baxır

Siyasət Materials 8 Fevral 2013 16:47 (UTC +04:00)
Azərbaycan Pakistanın Cammu və Kəşmir üzrə İƏT qrupuna daxil olmaq barədə təklifinə baxır.
XİN: Azərbaycan Pakistanın Cammu və Kəşmir üzrə İƏT qrupuna daxil olmaq təklifinə baxır

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Pakistanın Cammu və Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qrupuna daxil olmaq barədə təklifinə baxır. Trend-in məlumatına görə, bu barədə cümə günü brifinqdə XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.

"Belə bir təkliflə Pakistan XİN-in rəhbəri Hina Rəbbani Haar çıxış edib", - Abdullayev deyib.

Abdullayev qeyd edib ki, dünyada Azərbaycanın nüfuzu artır, ölkə etibarlı tərəfdaşa çevrilir. Pakistan tərəfindən bu qrupa dəvət dünya ölkələrinin Azərbaycana necə əhəmiyyət verdiyini göstərir.

Qeyd edək ki, 1947-ci ildə Britaniya Hindistanının yeni Hindistan və Pakistan dövlətlərinə bölünməsindən sonra 1947-1948-ci, 1965-ci və 1971-ci illərdə bir neçə irimiqyaslı müharibə, eləcə də bir neçə xırda sərhəd münaqişələri baş verib. 1999-cu ildə Kəşmirin Kargil bölgəsində baş verən münaqişə və 1984-cü ildən davam edən Siaçen buzlağında hərbi qarşıdurma bunlardan ən ciddiləri olub. Kəşmir məsələsi indiyədək Hindistanla Pakistan arasında baş vermiş üç müharibədən ikisinə səbəb olub. Bu gün Kəşmirdə rəsmi sərhəd yoxdur, iki dövlətin ordusunu nəzarət xətti ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti