...

Ermənistan prezidentliyinə namizəd Konstitusiya Məhkəməsindən ərizəsini geri götürüb

Siyasət Materials 11 Fevral 2013 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan prezident seçkilərinin iki həftə müddətinə təxirə salınmasından imtina edib və Konstitusiya Məhkəməsinə göndərdiyi ərizəsini geri götürüb.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat katibi Hovannes Papikyan deyib.

Onun sözlərinə görə, ərizənin geri götürülməsi ilə bağlı müvafiq sənədi Hayrikyanın vəkili Levon Baqdasaryan təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti