...

Türkdilli dövlətlərin gənclər birliyi yaradıla bilər

Siyasət Materials 14 Fevral 2013 14:53 (UTC +04:00)
Uzun müddətdir ki, türkdilli dövlətlərin gənclər birliyinin yaradılması istiqamətində müzakirələr gedir. Bu barədə Trend-ə millət vəkili Fuad Muradov deyib.
Türkdilli dövlətlərin gənclər birliyi yaradıla bilər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Uzun müddətdir ki, türkdilli dövlətlərin gənclər birliyinin yaradılması istiqamətində müzakirələr gedir. Bu barədə Trend-ə millət vəkili Fuad Muradov deyib.

"Hətta TürkPA yarananda onun nəznində türkdilli ölkələrin gənclər təşkilatlarının birliyinin yaradılması ideyası da var idi. Hələ ki, bu məsələ ilə bağlı yekun qərar yoxdur, ancaq bu istiqamətdə işlər aparılır", - Muradov bildirib.

Millət vəkili hesab edir ki, türkdilli dövlətlərin gənclər birliyinin yaradılması vacib məsələlərdən biridir, çünki gənclərin birlikdə olub birgə müzakirələr aparması daha faydalı olar. "Mən buna çox müsbət yanaşıram. Biz belə bir təşəbbüsü dəstəkləyəcəyik", - o vurğulayıb.

Digər millət vəkili Ceyhun Osmanov da belə bir təşkilatın yaradılmasını məqsədəuyğun hesab edir.

"Bilirsiniz ki, illər öncə Dünya Türk Gəncləri Birliyi yaradılıb, ancaq əlbəttə ki, türkdilli dövlətlərin gənclər birliyinin yaradılması da səmərəli olardı. Misal üçün, elə TürkPA-nın özünün gənclər platformasının olması daha maraqlı olardı, həmin ölkələr arasında gənclərin əməkdaşlığını daha da inkişaf etdirərdi, yəni həm parlament səviyyəsində, həm də hökumətlərarası səviyyədə belə təşkilatın olması çox müsbət haldır", - Osmanov Trend-ə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti