...

Ayətullah Əli Xamenei: İran nüvə bombası istəmir

Siyasət Materials 16 Fevral 2013 12:29 (UTC +04:00)
Nüvə bombası istəmirik, lakin əgər bunu istəsəydik, heç bir güc bizim qarşımızda dayana bilməzdi.
Ayətullah Əli Xamenei: İran nüvə bombası istəmir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir T. Cəfərov/

Nüvə bombası istəmirik, lakin əgər bunu istəsəydik, heç bir güc bizim qarşımızda dayana bilməzdi. Bunu İranın ali lideri Ayətullah Əli Xamenei bu gün Tehranda Şərqi Azərbaycan əyalətindən əhali ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

"Bizim inancımıza görə nüvə bombaları hamısı məhv olmalıdır və biz belə bir bombalara sahib olmaq istəmirik. Lakin əgər belə inancımız olmasaydı və qərara gəlsəydik ki, nüvə bombasına sahib çıxaq, onda heç bir güc bizim qarşımızda dura bilməzdi", - deyə Ayətullah Əli Xamenei deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti