Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İran tezliklə 1000-3000 kilometr sahəni əhatə edən peyklərin aşkarlanması üçün yeni radarlar təqdim edəcək. Trend-in çərşənbə axşamı "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın müdafiə naziri Əhməd Vəhidi deyib.
Onun sözlərinə görə, İran hazırda fəaliyyət diapazonu 500-700 kilometr sahə çərçivəsində olan radarlar istehsal edir, peyklərin aşkarlanması üçün bir sıra digər radar modelləri də yaradılma ərəfəsindədir.