...

Daşnaksütyun Partiyası: Ermənistan əhalisinin əksəriyyəti mövcud rejimi qəbul etmir

Siyasət Materials 20 Fevral 2013 18:25 (UTC +04:00)
Daşnaksütyun Partiyasının ali orqanı Ermənistanda keçirilən prezident seçkilərini qiymətləndirib.
Daşnaksütyun Partiyası: Ermənistan əhalisinin əksəriyyəti mövcud rejimi qəbul etmir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Daşnaksütyun Partiyasının ali orqanı Ermənistanda keçirilən prezident seçkilərini qiymətləndirib. Bu barədə Trend çərşənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

"Fevralın 18-də Ermənistan vətəndaşları sübut etdilər ki, onların da səbrinin hüdudu var, onlar da yaxşı həyat və hakimiyyətə layiqdirlər və insanlarda ədalət və azadlığa can atmaq istəyini öldürmək mümkün deyil", - partiyanın yaydığı bəyanatda deyilir.

Partiyanın qənaətincə, xalqın etirazı mövcud siyasi, sosial, iqtisadi vəziyyət və mənəvi ab-havaya cavab oldu.

"Seçkilərin gedişi göstərdi ki, xalqın böyük hissəsi mövcud rejimi qəbul etmir. Hakimiyyətin parlament seçkilərində saysız inzibati-maliyyə resurslarından istifadəsinə bu dəfə səslərin hesablanması zamanı çoxsaylı seçki pozuntuları əlavə olundu. Vəd edilən tarixin ən yaxşı seçkiləri bu dəfə ən pisi oldu. Seçkilərin nəticəsi göstərdi ki, seçkilərin yekunu əvvəlcədən həll edilib, beynəlxalq müşahidəçilərin qiymətləndirməsi isə əvvəlcədən məlumdur", - bəyanatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti