...

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı

Siyasət Materials 22 Fevral 2013 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev /

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi anıldı. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, bugünki iclas Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində son iclasdır. Deputatlar bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini yad ediblər.

Milli Məclisin cümə günü keçirilən iclasında, həmçinin bir sıra dövlətlərarası sənədlərin müzakirə olunması gözlənilir.

İclasda "Reklam haqqında", "Veteranlar haqqında", "Əmək pensiyaları haqqında", "Könüllü fəaliyyət haqqında", "Dini etiqad azadlığı haqqında", "Dərman vasitələri haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara, "Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə", "Azərbaycan Respublikasının 2006-ci il 8 dekabr tarixli 195-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə"də, həmçinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər müzakirə olunacaq. İclasda İnzibati Xətalar Məcəlləsində bir sıra dəyişikliklər də müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti