...

Milli Məclis Maliyyə Nazirliyindən hesabat gözləyir

Siyasət Materials 27 Fevral 2013 13:17 (UTC +04:00)
Milli Məclis Maliyyə Nazirliyindən hesabat gözləyir. Trend-in məlumatına görə, bu barədə deputatlar Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildiriblər.
Milli Məclis Maliyyə Nazirliyindən hesabat gözləyir

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir M.Əliyev/

Milli Məclis Maliyyə Nazirliyindən hesabat gözləyir. Trend-in məlumatına görə, bu barədə deputatlar Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildiriblər.

Deputat Musa Quliyev deyib ki, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi kifayət qədər maliyyə tutumlu sənəddir: "Maliyyə Nazirliyi layihəyə görə nə qədər vəsait ayrılması ilə bağlı hesabat verməlidir".

Quliyev qeyd edib ki, lazımi səviyyədə vəsait ayrılmayacağı təqdirdə, sənəd işlək olmayacaq. O bildirib ki, Azərbaycan Prezidenti uşaqların sağlam böyüməsinə daim ciddi diqqət ayırır.

"Amma hələ ki Maliyyə Nazirliyi əsas məsələ olan maliyyə tutumu ilə bağlı hesabat vermir. Odur ki, bunun maliyyə tutumu dəqiq müəyyənləşdirilməlidir", - o deyib.

Komitə sədri Hadı Rəcəbli isə bildirib ki, layihə ilə bağlı maliyyə nazirinin məsələyə məsul müavininin bu günlərdə münasibət bildirəcəyinə söz verildiyini deyib.

"Azərbaycan dövləti uşaqların sağlam böyüməsi üçün lazımi qədər vəsait ayırmağa hazırdır. Ona görə də bu sənədlə bağlı Maliyyə Nazirliyi bizə hesabat verməlidir. Çünki bu sənəd 3 milyona yaxın uşaq və yeniyetməni əhatə edəcək", - o deyib.

Qeyd edək ki, "Uşaqların icbari dispanserizasiyası" haqqında qanun Azərbaycanda uşaqların ildə bir dəfə icbari həkim yoxlanışından keçməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti