Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Ağayeva/
Argentina Prezidenti Azərbaycana səfir təyin edib.
Trend-in Argentina Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən (http://www.prensa.argentina.ar/2013/02/18/38425-designan-embajador-argentino-en-azerbaiyan.php) Prezident Kristina Fernandez de Kirçner Karlos Dante Rivanın (Carlos Dante Riva) ölkəsinin Azərbaycana fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı 182/2013 saylı sərəncam imzalayıb.
Sərəncamı müvafiq qaydalara əsasən xarici işlər və etiqad naziri Hektor Timerman da imzlayıb.
Qeyd etmək lazımdır ki, Argentina Respublikası Bakıda səfirliyini 2012-ci ilin ortalarında təsis etmişdir və həmin vaxtdan diplomatik nümayəndəliyə müvəqqəti işlər vəkili rəhbərlik edirdi. Carlos Dante Riva Argentinanın Azərbaycanda iqamətgahı Bakıda yerləşən ilk səfiri olacaqdır.
Argentina Prezidenti Azərbaycana səfir təyin edib
Sərəncamı müvafiq qaydalara əsasən xarici işlər və etiqad naziri Hektor Timerman da imzlayıb.
