...

BŞİH müxalifət partiyasının Rusiya səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib

Siyasət Materials 6 Mart 2013 16:53 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş və İnkişaf Partiyasının (VİP) martın 11-də Rusiya səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH müxalifət partiyasının Rusiya səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş və İnkişaf Partiyasının (VİP) martın 11-də Rusiya səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib.

VİP-dən Trend-ə verilən məlumata görə, cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilib.

Məktubda qeyd olunub ki, Rusiya səfirliyi Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazisində yerləşdiyindən, orada toplantının keçirilməsi mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti