...

Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

Siyasət Materials 7 Mart 2013 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:

Komissiyanın həmsədri

Şahin Mustafayev

- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.

Komissiyanın üzvləri:

Aslan Aslanov

- Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev

- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Gülməmməd Cavadov

- Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini

Xələf Xələfov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

İltimas Məmmədov

- Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini

Qulu Novruzov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Musa Pənahov

- Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

Nazim Səmədov

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Ragim Lətifov

- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Səfər Mehdiyev

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Rüstəm Şahbazov

- Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Eldar Həsənov

- Azərbaycan Respublikasının Monteneqrodakı Fövqəladə və Səlahiyyətli səfiri

Xəqani Abdullayev

- Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin müavini

İlqar İsayev

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Monteneqro tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti