Azərbaycan, Bakı, 9 mart /Trend/
Suriya müxalifəti məlumat yayıb ki, BMT-nin tutulmuş sülhməramlıları İordaniya tərəfinə verilib. Trend-in RBK-ya istinadən verdiyi xəbərə görə, BMT-nin sülhməramlıları martın 6-da Holan yüksəkliyində ələ keçirilmişdilər.
"Onları Yarmuk vadsinə aparıblar. " - deyə məlumatda bildirilir.
Suriya rəsədxanasının rəhbəri Rami Əbdülrəhman deyib ki, onlar İordaniya tərəfinə təhvil veriliblər.
BMT-nin baş katibi Pan Gi Mun isə sülhməramlıların azad edilməsini yüksək qiymətləndirib.