...

İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Mart 2013 19:38 (UTC +04:00)
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Baş nazir Zoran Milanoviç ilə görüşüb.
İlham Əliyev Xorvatiyanın Baş naziri Zoran Milanoviç ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Baş nazir Zoran Milanoviç ilə görüşüb.

Prezident İlham Əliyevi Xorvatiyanın Baş naziri Zoran Milanoviç qarşıladı. Xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabını imzaladı.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulandı.

Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışıldı. Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırıldı.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Zoran Milanoviçin işçi naharı oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti