...

Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur

Siyasət Materials 12 Mart 2013 21:13 (UTC +04:00)
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident iqamətgahında təkbətək görüşü olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olmuşdur

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin Çetinye şəhərindəki Prezident iqamətgahında təkbətək görüşü olmuşdur.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi.

Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunun vurğulandığı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinin vurğulandığı görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti