...

Qazaxıstanın Azərbaycana təyin edilmiş yeni səfiri sabah Bakıya gələcək

Siyasət Materials 13 Mart 2013 20:43 (UTC +04:00)
Qazaxıstanın Azərbaycana təyin edilmiş yeni səfiri Amangeldı Jumabayev martın 14-də Bakıya gələcək. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbə bildirib.
Qazaxıstanın Azərbaycana təyin edilmiş yeni səfiri sabah Bakıya gələcək

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Tariverdiyeva/

Qazaxıstanın Azərbaycana təyin edilmiş yeni səfiri Amangeldı Jumabayev martın 14-də Bakıya gələcək. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Jumabayev tezliklə etimadnaməsini Azərbaycan Prezidenti və xarici işlər nazirinə təqdim edəcək və vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

Amangeldı Jumabayev 1951-ci il oktyabrın 4-də Almatı vilayətində anadan olub. Bundan əvvəl respublikanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. S.M.Kirov adına Qazaxıstan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974-cü il), Almatı Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisadiyyat fakültəsini (1978-ci il), SSRİ NŞ yanında Xalq Təsərrüfatı Akademiyasını (1991-ci il) və Kənd Təsərrüfatı İqtisadiyyatı Ümumittifaq ETİ-nin əyani aspiranturasını (Moskva, 1982-ci il) bitirib.

Diplomatik xidməti dövründə Qazaxıstanın və olduğu ölkələrin KİV-də yazıları müntəzəm dərc olunub.

"Qazaxıstan - Ukrayna: keçmişlə gələcək arasında" kitabının (2010-cu il) müəllifidir.

İngilis dilini bilir. 1996-cı ilin noyabrından diplomatik xidmət orqanlarında çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti