...

Sabah İran prezidenti Xəzərdə yeni eskadra mina gəmisinin istifadəyə verilməsi mərasimində iştirak edəcək

Siyasət Materials 16 Mart 2013 12:27 (UTC +04:00)
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina tral gəmisi sabah Xəzər dənizində HDQ-nin istifadəsinə veriləcək.
Sabah İran prezidenti Xəzərdə yeni eskadra mina gəmisinin istifadəyə verilməsi mərasimində iştirak edəcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T. Cəfərov/

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) istehsalı olan "Camaran 2" eskadra mina tral gəmisi sabah Xəzər dənizində HDQ-nin istifadəsinə veriləcək. "Camaran 2" eskadra mina tral gəmisinin Xəzərdə istfadəyə verilməsi mərasimində İran prezidenti Mahmud Əhmədinejad, İranın müdafiə naziri Əhməd Vəhidi və Silahlı Qüvvələrin baş qərargah rəisi Həsən Firuzabadi iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə İranın FARS agenltiyi xəbər verir.
"Camaran 2" eskadra mina tral gəmisi inkişaf etdirilmiş texnologiyalarla təchiz olunub. "Camaran 1" eskadra mina tral gəmisi ilk dəfə 2010-cu ilin fevral ayında Fars körfəzi sahillərində İran HDQ-sinin istifadəsinə verilib.
"Camaran" gəmisi İran mütəxəssisləri tərəfindən hazırlanıb və istehsal edilib. FARS informasiya agentliyi bu gəmini "ən böyük müdafiə layihəsi" adlandırıb.
"Camaran" suyun üzərində, altında və havada yerləşən hədəflərlə döyüşmək qabiliyyətinə malikdir. Bundan əlavə, gəminin göyərtəsində helikopter yerləşdirmək mümkündür. Gəmi "elektron müharibədə" də istifadə oluna bilər.
İran KİV-nin məlumatına görə, "Camaran 2" eskadra mina tral gəmisində yeni nəsil texnologiyalardan istifadə olunub. Yeni gəmi "Camaran 1" gəmisinin inkişaf etdirilmiş formasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti