Azərbaycan, Bakı, 18 mart /Trend/
Martın 18-də Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
BMT-nin, Azərbaycan hökumətinin və İSESCO-nun təşkilatçılığı ilə keçirilən konfransda dövlət başçısı açılış nitqi söyləyib.
Sonra BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov, daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edib.
Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələr iştirak edirlər. Beynəlxalq konfrans martın 19-da başa çatacaq.
Prezident İlham Əliyev Bakıda terrorizm mövzusunda keçirilən beynəlxalq konfransın açılışında iştirak edib (FOTO)
Martın 18-də Bakıda “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.