Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın birinci vitse-spikeri dünyada beynəlxalq terrorizmlə mübarizədə vəziyyətin ürəkaçan olmadığını bildirib.
"Azərbaycan öz tolerantlığı ilə seçilən bir ölkədir. Azərbaycan bütün dinlərə qarşı həddindən artıq yaxşı münasibət bəsləyir. Əlbəttə, Azərbaycan dünyada tolerantlığın bariz numunəsi olan bir ölkədir və biz bununla fəxr edirik. Eyni zamanda fəxr edirik ki, Azərbaycan beynəlxalq terorrizimlə mübarizədə həmişə ön sıralardadır. Amma təəssüf edirəm ki, bu gün dünyada beynəlxalq terrorizmlə mübarizədə hərəkətə keçməkdən daha çox danışılır, bəyanatlar verilir". Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.
Əsgərov bildirib ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalmış bir ölkədir.
"Həmişə beynəlxalq tribunalardan da bəyan edirik ki, terrorizmə qarşı mübarizə qaçılmazdır və bu məsələdə bütün dünya dövlətləri öz səylərini əsirgəməməlidir. Amma təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən istədiyimiz dəstəyi ala bilməmişik", Əsgərov bildirib.