...

Sarkisyan Abxaziya dəmir yolunun açılması məsələsində müsbət irəliləyiş gözləyir

Siyasət Materials 19 Mart 2013 16:10 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyan Abxaziya dəmir yolunun açılması ilə bağlı məsələdə müsbət irəliləyiş gözləyir.
Sarkisyan Abxaziya dəmir yolunun açılması məsələsində müsbət irəliləyiş gözləyir

Azərbaycan, Bakı, 19 mart /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Abxaziya dəmir yolunun açılması ilə bağlı məsələdə müsbət irəliləyiş gözləyir.

Trend "Armenia Today"ə istinadən məlumat verir ki, Sarkisyan ötən gün bir sıra KİV nümayəndələri ilə görüşü zamanı bildirib ki, bu məsələ Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş zamanı müzakirə olunub.

"Hələlik müddət barədə nəsə demək çətindir. Onu deyə bilərəm ki, Putinlə görüşümüz zamanı bu barədə danışmışıq. Putin qeyd edib ki, o tanınmamış Abxaziya respublikasının prezidenti ilə görüşəcək və bu məsələni müzakirə edəcək. Sonra biz bildik ki, müsbət mövqe var və vacib problemi həll etmək üçün səy göstərmək lazımdır", - Sarkisyan qeyd edib.

Dəmir yolunun açılması vaxtına gəldikdə isə Sarkisyan qeyd edib ki, hələlik bu barədə danışmaq çətindir, çunki, Abxaziya, Gürcüstan və Rusiya tərəfləri arasında problemlər var.

"Mən bizim iqtisadiyyatımıza böyük xeyir gətirəcək müsbət irəliləyiş gözləyirəm. Təəssüflər olsun ki, biz, yəni partnyorlarımız 1 ton yükün Moskvadan Yerevana çatdırılmasına 190 ABŞ dolları sərf edirlər. Bu böyük məbləğdir. Başqa amilləri heç nəzərə almıram. Analoji hal ixracla da bağlıdır", - Ermənistan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti