...

Rusiya hökuməti Ermənistan ilə hərbi-texniki əməkdaşlığa dair müqaviləni bəyənib

Siyasət Materials 20 Mart 2013 14:54 (UTC +04:00)
Rusiya Nazirlər Kabineti Ermənistan ilə hərbi-texniki əməkdaşlığa dair müqavilə layihəsini bəyənib və Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinə müqavilənin imzalanması ilə əlaqədar Ermənistanla danışıqlar aparmağı tapşırıb.
Rusiya hökuməti Ermənistan ilə hərbi-texniki əməkdaşlığa dair müqaviləni bəyənib

Azərbaycan, Bakı, 20 mart /Trend/

Rusiya Nazirlər Kabineti Ermənistan ilə hərbi-texniki əməkdaşlığa dair müqavilə layihəsini bəyənib və Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinə müqavilənin imzalanması ilə əlaqədar Ermənistanla danışıqlar aparmağı tapşırıb. Bu barədə Trend çərşənbə günü RİA Novosti-yə istinadən məlumat verir.

Müqavilə hərbi məhsulların tədarük qaydalarını müəyyənləşdirir.

Razılaşma lisenziya olmadan malın idxal edilməsinə imkan verir. Sənəddə deyilir ki, məhsulun qiymətləri tədarükçü ölkənin qanunvericiliyinə müvafiq olaraq formalaşdırılır.

Müqaviləyə əsasən, Ermənistan və Rusiya bir-birinin intellektual fəaliyyətlərinin nəticələri üzrə hüquqların qorunmasını təmin etməli olacaqlar. Müqavilə beş il müddətinə imzalanaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti