...

Azərbaycanın hakim partiyasının gəncləri üçün təlim keçiriləcək

Siyasət Materials 27 Mart 2013 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin genişlənən beynəlxalq əlaqələri Almaniyanın Konrad Adenauer Fondu ilə əməkdaşlıq nəticəsində davam edir.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Fond ilə qarşılıqlı əlaqələr inkişaf etməkdədir.

Fondun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində martın 28-də YAP Gənclər Birliyinin bir sıra gəncləri ilə "Strateji komunikasiyalar" mövzusunda təlim təşkil ediləcək. Tədbir Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində keçiriləcək.

Təlim Fondun almaniyalı təlimçi-eksperti Yuri Şnöller tərəfindən təqdim ediləcək. İngilis dilində təşkil ediləcək təlimdə "Yeni media əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Effektiv ünsiyyət üçün əsas amil kimi ismarış hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları" və "Uğurlu media strategiyasına yeddi addım" adlı mövzular təlim istiqaməti olaraq planlaşdırılıb. Daha sonra keçirilən təlim üzrə gənclərimizlə qarşılıqlı iş prosesi nəzərdə tutulub. Təlim fasilələrlə gün ərzində davam edəcək.

Proqramın davamı olaraq martın 29-da təlim iştirakçıları 31 mart soyqırımı qurbanlarını yad etmək məqsədilə Quba məzarlığına ziyarətə yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti