Azərbaycan, Bakı, 28 mart /Trend/
Suriya Holan yüksəkliyindəki sülhməramlıların təhlükəsizliyini təmin etməlidir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu haqda BMT Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.
Təhlükəsizlik Şurasının iştirakçıları mart ayında tutulmuş sülhməramlıları qeyd edərək, bu regionda onların təhdid altında olduğunu diqqətə çatdırıblar.
BMT TŞ həm hakimiyyəti, həm də müxalifəti BMT-nin sülhməramlılarına hörmət etməyə və onların təhlükəsizliyini təmin etməyə çağırıb.