...

Azərbaycanın hakim partiyasının gəncləri üçün təlim keçirilib (FOTO)

Siyasət Materials 28 Mart 2013 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Almaniyanın Konrad Adenauer Fondu bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fəallarına təlim keçib.

YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Fondun Cənubi Qafqaz üzrə regional proqramı çərçivəsində YAP Gənclər Birliyinin bir qrup fəalı ilə "Strateji kommunikasiyalar" mövzusunda təlim təşkil edilib.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP gənclərinin Almaniyanın Konrad Adenauer Fondu ilə uğurlu əməkdaşlığından danışıb.

O bildirib ki, XXI əsr informasiya texnologiyaları əsridir. "Azərbaycan gəncləri sosial şəbəkələrdə ictimai-siyasi, sosial məsələlərin həllində fəal iştirak edirlər. Bu il Azərbaycanda seçki ilidir. Azərbaycan gəncləri olaraq, seçki prosesinin təbliğində sosial şəbəkələrdən fəal şəkildə istifadə edirik", - Orucov deyib.

Daha sonra Fondun almaniyalı təlimçi-eksperti Yuri Şnöller ingilis dilində təşkil edilən təlim keçib. O, təlimi "Yeni media əsrində siyasi kommunikasiyalar və vətəndaş dialoqu", "Effektiv ünsiyyət üçün əsas amil kimi ismarış hazırlanması", "Emosiyalar və insanların fəallaşdırılması yolları" və "Uğurlu media strategiyasına yeddi addım" adlı mövzular istiqamətində aparıb.

Daha sonra təlim gənclərimizlə qarşılıqlı iş prosesi əsasında davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti