...

İordaniyanın yeni hökuməti fəaliyyətə başlayır

Siyasət Materials 31 Mart 2013 02:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

İordaniyanın yeni hökuməti fəaliyyətə başlayır. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, kral II Abdalla əsas məqsədi ölkənin düşdüyü iqtisadi böhrandan çıxarmaq olan yeni nazirlər kabinetinin üzvlərinin and içməsinə razılıq verib.

Məlumatda deyilir ki, yeni hökumətdə 19 nazir yer alacaq.

"Hökumətin azsaylı tərkibdə formalaşdırılması büdcə xərclərinə qənaət edilməsinə hədəflənib" - deyə, İordaniyanın informasiya naziri Məhəmməd Momani bildirib.

Baş nazir Abdalla Nsur kabinetə 13 yeni nazir, eyni zamanda 1 qadın daxil edib.

Nazirlərdən biri - xarici işlər naziri Nasser Cudex öz postunu qoruyub saxlayıb.

Həmçinin, daxili işlər nazirliyinə yeni rəhbər təyin edilib. Bu, kütləvi aksiyaları güc tətbiq etmədən dağıdan Hüsseyn Macali olub.

Xəbər lenti

Xəbər lenti