...

Qəbələ RLS-in təhvil-təslim işləri başa çatdırılıb

Siyasət Materials 5 Aprel 2013 11:57 (UTC +04:00)
Qəbələ Radiolakasiya Stansiyasının (QRS) təhvil-təslimi ilə bağlı iş komissiyalar çərçivəsində demək olar ki, tam başa çatdırlıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Qəbələ RLS-in təhvil-təslim işləri başa çatdırılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Qəbələ Radiolakasiya Stansiyasının (QRS) təhvil-təslimi ilə bağlı iş komissiyalar çərçivəsində demək olar ki, tam başa çatdırlıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu məsələ iki mərhələdən ibarət idi. Birinci mərhələ inventarizasiyanın aparılması idi. Biz bunu başa çatdırdıq. İkinci mərhələdə tam təhvil-təslim işi və Rusiyaya məxsus olan əmlakın daşınması, bu stansiyada çalışan heyətin nümayəndələrinin, onların ailə üzvlərinin getməsi məsələlərinin həll olunması idi", - Xələfov deyib.

O vurğulayıb ki, Azərbaycan tərəfindən bütün lazım olan tədbirlər həyata keçirilib, təhvil-təslim ilə bağlı bütün sənədlər rəsimləşdirilib və stansiya artıq fəaliyyətini tam dayandırıb.

Nazir müavininin sözlərinə görə, stansiyadan Rusiyaya aparılacaq əmlak artıq müəyyən saxlama yerlərinə yığılıb və Rusiya tərəfindən bu əmlakın daşınması üçün tədirlər həyata keçirilir.

"Bizim təmaslarımız və danışıqlar tam qarşılıqlı anlaşma şəraitində, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun şəkildə baş tutub, heç bir fikir ayrılığı yoxdur, bütün məsələlər operativ surətdə öz həllini tapıb. Biz hazırda bu əmlakın Rusiya tərəfindən göndərilən təyyarələrə daşınması prosesini həyata keçiririk və bütün lazimi tədbirləri görürük", - Xələfov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti