...

Türkiyə və İngiltərə siyasi məsləhətləşmələr aparacaqlar

Siyasət Materials 13 Aprel 2013 13:22 (UTC +04:00)
Türkiyə və İngiltərə siyasi məsləhətləşmələr aparacaqlar.
Türkiyə və İngiltərə siyasi məsləhətləşmələr aparacaqlar

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə və İngiltərə siyasi məsləhətləşmələr aparacaqlar. Bu barədə Trend şənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, hər iki ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi siyasi məsləhətləşmələr aprelin 15-də Türkiyədə keçiriləcək.

Məsləhətləşmələr zamanı regional problemlərin, həmçinin Türkiyənin Avropa İttifaqına üzv olması prosesinin müzakirə edilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti