...

Azərbaycan hərbçiləri Almaniyada kəşfiyyat təcrübəsi toplayacaq

Siyasət Materials 15 Aprel 2013 09:58 (UTC +04:00)
Azərbaycan hərbçiləri alman kəşfiyyatılarının təlimində iştirak edəcəklər.
Azərbaycan hərbçiləri Almaniyada kəşfiyyat təcrübəsi toplayacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan hərbçiləri alman kəşfiyyatılarının təlimində iştirak edəcəklər.

Bu barədə Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu məlumat verib.

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 22-26-ı tarixlərində Azərbaycan hərbçiləri Almaniya Federativ Respublikasının Quru Qoşunlarının kəşfiyyat taburunda keçirilən təlimdə müşahidəçi qismində iştirak edəcəklər.

NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında keçiriləcək təlim Almaniyanın Hannover şəhərində təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti