...

Mübariz Əhmədoğlu: Avropa Sarqsyanın tələsinə düşüb

Siyasət Materials 17 Aprel 2013 13:51 (UTC +04:00)
Ermənistan lideri Serj Sarqsyanın beş illik hakimiyyəti dövründə Qərbə və Rusiyaya verdiyi təklif və vədləri eyni gücdə deyil.
Mübariz Əhmədoğlu: Avropa Sarqsyanın tələsinə düşüb

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Ermənistan lideri Serj Sarqsyanın beş illik hakimiyyəti dövründə Qərbə və Rusiyaya verdiyi təklif və vədləri eyni gücdə deyil.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Sarqsyan Rusiya hərbi bazasının Ermənistan ərazisində qalmasının müddətini 49 ilədək uzatmaq təklifini verib və bu barədə sənəd imzalanıb.

Politoloq bildirib ki, Rusiya-Ermənistan hərbi münasibətlərinin spesifikasını anlamaq lazımdır. Ümumi rəy belədir ki, Rusiya Ermənistana öz hərbi bazasını zorla sırıyıb. Əslində isə müstəqil Ermənistan yalvararaq Rusiyanın hərbi bazasını öz ərazisinə qaytarıb. Ermənistanın Rusiyadakı hərbi bazasının müddətinin uzadılması barədə təkidli təşəbbüsün müəllifi də Ermənistan idi.

Mərkəzin rəhbərinin sözlərinə görə, Rusiya bütün dünyada olan hərbi bazalarının xərcini özü çəksə də, 102-ci hərbi bazanın xərci Ermənistan dövlət büdcəsinin hesabına ödənilir, İran-Ermənistan qaz kəmərini də Rusiyaya Ermənistan özü təklif edib, Razdan İES-in 5-ci blokunu da Rusiyaya verən Ermənistanın indiki rəhbərliyi olub.

"Ermənilər bu addımlarla Rusiyanın Qarabağ məsələsində mövqeyini yenidən ermənipərəst etməyə ümid edirdilər. Rusiyaya verilən təkliflərin, ünvanına söylənilən difirambaların fonunda Sarqsyanın Avropada avrointeqrasiya və ümumxristian dəyərləri barədə dediyi 5- 6 tezisi isə heç nədir. Lakin avropalılar erməniləri tanımadıqları və xristian dəyərlərini daha prioritet hesab etdikləri üçün Sarqsyanın tələsinə asanlıqla düşdülər", - Əhmədoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti