...

İranda bu gün keçirilən hərbi paradda yeni silah növləri təqdim edilib (ƏLAVƏ OLUNUB) (VİDEO)(FOTO)

Siyasət Materials 18 Aprel 2013 09:28 (UTC +04:00)
Bu gün, aprelin 18- də İranda Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə Tehranda hərbi parad keçirilir.
İranda bu gün keçirilən hərbi paradda yeni silah növləri təqdim edilib (ƏLAVƏ OLUNUB) (VİDEO)(FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün, aprelin 18-də İran Silahlı Qüvvələri Günüdür. Bu münasibətlə Tehranda hərbi parad keçirilir. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verir.

Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir. Parad İranın sabiq ali lideri ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunub. Paradı İran Prezidenti Mahmud Əhmədinejad, müdafiə naziri Əhməd Vəhidi və digər hərbi komandirlər, diplomatik nümayəndəliklərin rəhbərləri izləyirlər.
Məlumata əsasən, paradda hərbi təyyarələrin hava nümayişləri olub.

Silahlı Qüvvələr Günü münasibəti ilə bu gün yeni zirehli personal daşıma vasitəsilərinin, yeni helikopter simulyatorunun, həmçinin hərbi telekommunikasiya sahəsində yeni nailiyyətlərin- "Səyyad 40" telekommunikasiya sisteminin təqdimatı keçirilib.

Hərbi paradda ilk dəfə olaraq "Hazim 3", "Ababil", "Şahid 129", "Səril" pilotsuz təyyarələri, "Ya Zəhra 3", "Mirsad 3" hava müdafiəsi sistemləri nümayiş etdirilib.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti