Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfirinin müavini təyin edilib

Siyasət Xəbər 19 Aprel 2013 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Qüdsi Osmanov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müavini təyin edilib. Bu barədə Trend-ə cümə günü diplomatik mənbə məlumat verib.

Qeyd edək ki, cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Qüdsi Dursun oğlu Osmanovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti