...

Nazir: Türkiyə Əfqanıstanda öz sülhməramlılarını saxlayacaq

Siyasət Materials 24 Aprel 2013 11:19 (UTC +04:00)
Əgər NATO öz qüvvələrini Əfqanıstandan çıxarsa belə, Türkiyə sülhməramlılarını bu ölkədə saxlamaq niyyətindədir.
Nazir: Türkiyə Əfqanıstanda öz sülhməramlılarını saxlayacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A. Tağıyeva/

Əgər NATO öz qüvvələrini Əfqanıstandan çıxarsa belə, Türkiyə sülhməramlılarını bu ölkədə saxlamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin müdafiə naziri İsmət Yılmazın çıxışına istinadən "Anadolu" agentliyi xəbər yayıb.

Nazirin sözlərinə görə, onun Əfqanıstana səfəri zamanı ölkənin rəsmi şəxsləri Türkiyənin Əfqanıstanda öz qoşunlarını saxlayacağına ümid etdiklərini bildiriblər.

"Əgər biz orda öz sülhməramlılarımızı saxlasaq, onda əfqanlar özlərini daha arxayın hiss edərlər", - Yılmaz bildirib.

Əfqanıstanda olan NATO koalisiyasının üzvləri təhlükəsizliyə nəzarətin tədricən yerli hakimiyyətə ötürülməsini və ölkədən qoşunların çıxarılmasını planlaşdırırlar. 2014-cü ildən sonra NATO Əfqanıstan ərazisində döyüş əməliyyatları keçirməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti