...

Suriya müxalifəti BMT və ƏDL-in xüsusi nümayəndəsini istefaya çağırır

Siyasət Materials 24 Aprel 2013 23:49 (UTC +04:00)
Suriya müxalifətinin Milli Koalisiyası və inqilabi güclər hesab edirlər ki, BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahimi öz vəzifəsinin öhdəsindən gələ bilmədi və istefaya getməlidir.
Suriya müxalifəti BMT və ƏDL-in xüsusi nümayəndəsini istefaya çağırır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Suriya müxalifətinin Milli Koalisiyası və inqilabi güclər hesab edirlər ki, BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahimi öz vəzifəsinin öhdəsindən gələ bilmədi və istefaya getməlidir. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə təşkilatların yaydığı məlumatda deyilir.

Koalisiyanın qənaətincə, Brahimi istefaya getməli və ona tapşırılan missiyanın uğursuz olduğunu etiraf etməlidir.

Brahiminin Suriyada müxalifət tərəfdə minlərlə muzdlunun döyüşdüyü qeyd olunan məruzəsi Milli Koalisiyada xüsusi hiddət doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti