...

KXDR dərhal danışıqlara başlamasa, Cənubi Koreya "ciddi tədbirlər" görəcək

Siyasət Materials 25 Aprel 2013 07:13 (UTC +04:00)
Cənubi Koreya hökuməti "Keson" birgə sənaye zonası ilə bağlı problemi həll etmək üçün Koreya Xalq Demokratik Respublikasından (KXDR) dərhal işgüzar səviyyədə danışıqlara başlamağı qəti şəkildə tələb edib.
KXDR dərhal danışıqlara başlamasa, Cənubi Koreya "ciddi tədbirlər" görəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Cənubi Koreya hökuməti "Keson" birgə sənaye zonası ilə bağlı problemi həll etmək üçün Koreya Xalq Demokratik Respublikasından (KXDR) dərhal işgüzar səviyyədə danışıqlara başlamağı qəti şəkildə tələb edib.

İttifaq İşləri üzrə Nazirliyin nümayəndəsi Kim Xen Sok bildirib ki, hökumət istehsalatın dayandırıldığı və min nəfərin işsiz qaldığı "Keson" probleminin həlli üzrə danışıqlara başlamaq üçün rəsmi təklif ünvanlayıb.

"Biz tələb etmişik ki, Şimal (KXDR - red.) ertəsi günün yarısınadək cavab versin. Əks təqdirdə, Cənubi Koreya ciddi tədbirlər görmək məcburiyyətində qalacaq", - məmur deyib.

Xəbər lenti

Xəbər lenti