...

ADP sədri: Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı"nda təmsil olunması bir çox suallar yaradır

Siyasət Materials 26 Aprel 2013 16:47 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyasının sədri hesab edir ki, Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı"nda təmsil olunması bir çox suallar yaradır.
ADP sədri: Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı"nda təmsil olunması bir çox suallar yaradır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının sədri hesab edir ki, Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı"nda təmsil olunması bir çox suallar yaradır.

"Rüstəm İbrahimbəyovun "Milyarderlər İttifaqı" yaranandan sonra ora üzv olması bizdə bir çox suallar meydana gətirib. Ona görə də bu suallara aydınlıq gəlməyənə qədər İbrahimbəyovun müxalifətin birləşməsi ilə bağlı təklifinə bir qədər ehtiyatla baxmağa məcburuq", - ADP sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında bildirib.

Cəlaloğlu bildirib ki, müxalifətin birləşməsi reallığı da çox azdır.

"Azərbaycanda müxalifətin birləşməsinin zaman baxımından perspektivi gecdir, zamanın itirilməsi də kifayət qədər ciddi problem yaradır. Təbii ki, birləşmənin özü də asan başa gəlmir", - o qeyd edib.

Cəlaloğlu hesab edir ki, Milli Şura ideyası hər şeydən əvvəl zaman baxımından öz aktuallığını itirib, çünki artıq prezident seçkilərinə çox az vaxt qalıb.

Cəlaloğlu qeyd edib ki, bu Milli Şuranın özünün nə dərəcədə milli olması məsələsi açıq qalır, çünki əgər doğrudan da Milli Şura nəzərdə tutulubsa, bu gərək legitim bir orqan olsun, millətin bütün təbəqələri müəyyən mənada burada təmsil olunsun.

"Amma Milli Şuranın tərkibi hər hansı bir şəxsin bilavasitə ağlının məhsulu olacaqsa, siyahı tutulub kimlərsə bir araya gətiriləcəksə, bu, heç vaxt Milli Şura olmayacaq", - ADP sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti