...

Azərbaycan ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası bu il Türkiyədə keçiriləcək

Siyasət Materials 29 Aprel 2013 21:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası bu il Türkiyədə keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.

Onun sözlərinə görə, hazırda iclasın tarixi dəqiqləşdirilir.

Türkiyə parlamentinə qondarma "erməni soyqırımı"na görə Ankaranın üzr istəməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi məsələsini şərh edən səfir qeyd edib ki, siyasi müstəviyə çıxarılan bu təşəbbüsün qəbul edilməsindən söhbət gedə bilməz.

"Sizə də aydın olduğu kimi, onlar xarici diasporları vasitəsilə dünya birliyinə təzyiq göstərməyi çalışırlar. Türkiyə cəmiyyəti açıq və demokratik bir cəmiyyətdir. Biz türk dünyasına belə bir ləkə yaxmağa imkan vermərik. Eyni zamanda, təsdiq edirik ki, Anadoluda o dövrdə baş vermiş hadisələr müzakirə oluna bilər. Bu müzakirə yalnız tarixçilər arasında aparıla bilər", - Coşqun deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycana bu məsələdə dəstək verdiyinə görə minnətdardır.

"Bakı və Ankara iki ölkə üçün belə vacib mövzular üzrə daim əməkdaşlıq edəcəklər", - səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti