...

İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 1 May 2013 19:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev özünün Brüsselə və Avropa İttifaqının prezidenti Herman Van Rompuyun və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana uğurlu səfərlərini məmnunluqla xatırladı. Əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğuladı.

Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallanan öz növbəsində Avropa İttifaqının əlverişli strateji mövqedə yerləşən Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərindən, regional əlaqələrdən və digər məsələlərdən danışıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti