...

Milli Məclisin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan iclası başlayıb

Siyasət Materials 7 May 2013 12:03 (UTC +04:00)
Milli Məclisin növbəti iclası başlayıb. Trend xəbər verir ki, iclas Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub.
Milli Məclisin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan iclası başlayıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Axundov/

Milli Məclisin növbəti iclası başlayıb. Trend xəbər verir ki, iclas Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub.

İclasda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələyə də baxılacaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni Amnistiya aktının qəbul olunması ilə bağlı Parlamentə müraciət edib.

Amnistiya aktının təxminən 9 min şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti