...

RF və ABŞ mayın sonunda Suriya üzrə beynəlxalq konfrans təşkil etmək barədə razılığa gəliblər

Siyasət Materials 8 May 2013 02:18 (UTC +04:00)
Rusiya və ABŞ Suriya hökuməti və müxalifətini dialoqa cəlb etməyə təşviq etmək üzrə razılığa gəliblər və bu məqsədlə 2012-ci il iyunun 30-da Cenevrədə baş tutmuş görüşün davam olaraq may ayının sonunda beynəlxalq konfrans təşkil etməyi qərara alıblar.
RF və ABŞ mayın sonunda Suriya üzrə beynəlxalq konfrans təşkil etmək barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 8 may /Trend/

Rusiya və ABŞ Suriya hökuməti və müxalifətini dialoqa cəlb etməyə təşviq etmək üzrə razılığa gəliblər və bu məqsədlə 2012-ci il iyunun 30-da Cenevrədə baş tutmuş görüşün davam olaraq may ayının sonunda beynəlxalq konfrans təşkil etməyi qərara alıblar. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə danışıqların yekunu üzrə bildirib.

Lavrov qeyd edib ki, RF və ABŞ həm Suriya hökumətini, həm də müxalif qrupları münaqişənin siyasi yolla həllinə gəlməyə təşviq edəcəklər.

"Biz, həmçinin ötən ilin iyun ayında keçirilmiş Cenevrə konfransının davamı olaraq may ayının sonunda beynəlxalq konfrans təşkil etmək barədə razılığa gəldik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti