...

Nəvaz Şərif qələbəsini elan edib

Siyasət Materials 12 May 2013 12:21 (UTC +04:00)
Pakistanda keçirilən seçkilərin rəsmi nəticələri elan olunmasa da, Pakistan İslam Birliyi Partiyasının lideri Nəvaz Şərif qələbəsini elan edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, o, başda doğma əyaləti Pəncab olmaqla, digər bölgələrdə də rəqibləri üzərində böyük üstünlük əldə edib.
Nəvaz Şərif qələbəsini elan edib

Azərbaycan, Bakı, 12 may /Trend/

Pakistanda keçirilən seçkilərin rəsmi nəticələri elan olunmasa da, Pakistan İslam Birliyi Partiyasının lideri Nəvaz Şərif qələbəsini elan edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, o, başda doğma əyaləti Pəncab olmaqla, digər bölgələrdə də rəqibləri üzərində böyük üstünlük əldə edib.

Məlumatda deyilir ki, rəsmi nəticələr bəlli olmasa da, indiyə qədər sayılmış səslərə əsasən demək olar ki, parlamentdə Pakistan İslam Birliyi Partiyası 130, Pakistan Ədalət Partiyası isə 35 yer qazanıb.

Qeyd edək ki, Pakistan İslam Birliyi Partiyasının tərəfdarları qələbəni qeyd etmək üçün küçələrə axışıb. Pakistanı 5 il idarə edən və parlamentdə 125 yeri olmuş Pakistan Xalq Partiyası yalnız 33 yer qazana bilib. Baş nazir Raca Pərvəz Əşrəf və partiyanın bir sıra tanınmış simaları isə kənarda qalıblar.

Xəbər lenti

Xəbər lenti