Azərbaycan, Bakı, 12 may /Trend/
Türkiyənin baş nazirinin köməkçisi Bülənt Arınc Reyhanlıdakı partlayışla bağlı mətbuata açıqlamasında bildirib ki, bu hadisənin günahkarları qanun qarşısında cavab verəcək və cəzalandırılacaq.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Arınc partlayışla bağlı ciddi araşdırmaların aparıldığını da bildirib.
Arınc deyib ki, hadisənin daxili və xarici bağlantıları haqqında əlavə məlumatlar araşdırmalar bitdikdən sonra veriləcək.