...

Milli tənzimləyici orqanlar “Nabucco” boru kəmərinin üçüncü tərəflərin istifadəsindən azad olunması prosesinin uzadılmasını təsdiq ediblər

Siyasət Materials 14 May 2013 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/

Milli tənzimləyici orqanlar "Nabucco" boru kəmərinin üçüncü tərəflərin istifadəsindən azad olunması prosesinin uzadılmasını təsdiq ediblər.

Trend-in məlumatına görə, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın milli tənzimləyici orqanları layihə variantında hazırlanmış qərar vasitəsilə təsdiq etmişlər ki, üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Aİ qanunvericiliyi çərçivəsində "Nabucco" boru kəməri layihəsinin 50 faizlik cari imtiyaz (azad olunma) müddəti uzadılır. Bu müddətin uzadılması "Şahdəniz" yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğundur.

Həmçinin dörd ölkənin tənzimləyici orqanları bu qərar vasitəsilə təsdiq etmişlər ki, onlar "Nabucco" layihəsi üzrə hökumətlərarası saziş, layihəyə dəstək sazişləri və imtiyazlardan ibarət hüquqi-normativ bazanı dəstəkləyirlər.

Layihədə birbaşa iştirak etməyən şirkətlərin şəbəkədən 100 faiz istifadə hüquqlarını nəzərdə tutan cari Aİ qanunvericiliyindən azadolma imtiyazı yalnız iri ölkələrarası layihələr çərçivəsində tətbiq oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti