Azərbaycan, Bakı, 15 may /Trend/
Prezident İlham Əliyev Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:
Hacıyev Arif Səlim oğlu
Həbibov Vilayət Məhəbbət oğlu
İsayev Rauk Məmməd oğlu
Qasımov Sabir İsgəndər oğlu
Sultanov Akif Qara oğlu.
Dövlət başçısı, həmçinin Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarına "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilsin:
Qaziyev Yusif Cəbrayıl oğlu
Paşayev Elbrus Paşa oğlu.